SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı martın 21-dən mayın 21-dək olan müddətdə rayonun Masazır kəndi ərazisindəki yaşayış komplekslərin birində 4 mənzili talan edən Bakı sakini 33 yaşlı Fərid Tahirov saxlanılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, araşdırma zamanı onun  3 evdən qiymətli inşaat materialları və digər mənzildən isə 55000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub. Fərid Tahirov ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib.

O , Masazırda yenicə mənzil aldığını, təmirə pulu olmadığı üçün qonşuluqda içi məişət aşyaları ilə olan olan 4 evi soymaq qərarına gəldiyini bildirib.

Qarət etdiyi sonuncu mənzil yenicə evlənən cütlüyün imiş. Fərid Tahirov həmin mənzilə pəncərədən daxil olaraq televor, soyuducu, mətbəxt mebeli, xalçalar, qab-qacaq, yataq dəstləri, divan-kreslo, cehizlik mallarını və paltarları, eləcə də hamam-tualetdə olan bütün aksesuarları öz şəxsi malı kimi götürüb.

Hətta diqqət çəkməmək üçün xidmət taksisindən istifadə edərək Bakıda kirayə tutduğu evə daşıyıb.

Əvvəllər biznes fəaliyyəti ilə məşğul olan şəxs tutduğu əməldən peşman olduğunu deyib. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO