SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə paylaşılıb.

Qəza paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində Kanal adlanan ərazidə qeydə alınıb.

“Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayıb və yolayrıcına daxil olub. Bu zaman “Hyundai” işıqforun yaşıl işığında dönmə əməliyyatını yerinə yetirən “Opel” markalı avtomobilə çırpılıb.

Videonu paylaşanlar hadisənin aprelin 7-də baş verdiyini və qəza zamanı bir nəfərin öldüyünü bildiriblər.

BAKU.WS
VİDEO