Sumqayıtda sürücü qadınlarla bağlı qeyri-adi reyd - FOTO

Sumqayıtda sürücü qadınlarla bağlı qeyri-adi reyd - FOTO
Foto
Hadisə 852

Sumqayıtda yol polisləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-adi reyd keçirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Sumqayıt-Abşeron bürosunun məlumatına görə, reyd şəhərin Sülh Prospektində təşkil edilib.

Qayda pozan qadın sürücülər yol polisləri tərəfindən saxlanılıb, onlara qayda pozuntuları izah edilib, lakin cərimə əvəzinə hədiyyələr verilib. Onlar qayda pozduqları üçün saxlanılsalar da, yol polisi əməkdaşları qadın sürücülərə cərimə protokolu əvəzinə gül və iki nəfərlik şam yeməyi bileti təqdim ediblər.

Sükan arxasında əyləşən qadınlarla yanaşı, piyada keçidindən düzgün keçməyən xanımlar da yol polisi tərəfindən saxlanılıb və onlara da hədiyyələr təqdim edilib.

Sumqayıt şəhər Polis İdarəsinin DYPŞ-dən bildirilib ki, hər il olduğu kimi, bu il də Sumqayıtda qadın sürücülərlə bağlı belə bir tədbir keçirilib. Hədiyyə alan xanımlar onları belə bir əziz gündə təbrik edən yol polislərinə təşəkkürlərini ifadə ediblər.

Oxşar xəbərlər

Gəncədə reyd - 160-dan artıq sürücü cərimələnib - FOTO

Gəncədə reyd - 160-dan artıq sürücü cərimələnib - FOTO

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşları növbəti reyd keçirib. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlu...

1301 Hadisə 23:25 19 fevral 2020

Son xəbərlər