SİZİN REKLAM BURADA!
055 213 76 73


Siyəzən rayonunda ağır-yol nəqliyyat hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib ki, “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS