SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda canavar yerli sakini dişləyib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Maştağa qəsəbəsi, “Savalan” yaşayış massivində 1966-cı il təvəllüdlü Cahangirov Camal Fəxrəddin oğlu canavarın hücumuna məruz qalıb.

Yırtıcı onun bədəninin hər iki yuxarı ətrafına xəsarət yetirib.

C.Cahangirov təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

BAKU.WS
QALEREYA