SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Gömrük Komitəsinin Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21 07" markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Komitədən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacağının gizli saxlanc yerlərində xüsusi qaydada hazırlanan paketdə gömrük nəzarətindən gizlədilən, üzərində "King" yazılan 14 000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS