SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabirabad və Xaçmazda rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb.

O, Şirvan Şəhər Xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Xaçmazın Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı da dəm qazından zəhərlənib.

O, Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına reanimasiya şöbəsinə yerləşdirilib.

BAKU.WS