SİZİN REKLAM BURADA!
055 213 76 73


Ağstafa rayonunda evdən qaçan qız Bakıda tapılıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndində baş verib.

Kənd sakini Əsgərov Mehman Telman oğlu polisə ərizə ilə müraciə edərək bildirib ki, qızı, 1991-ci il təvəllüdlü Əsgərova Nigar Telman qızı yaşadığı evdən çıxaraq itkin düşüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, N. Əsgərova sağ-salamatdır və Bakıda xalasının evindədir.

N. Əsgərova polisə müraciət edərək bildirib ki, o Bakıda xalası Kəmalə Hümbətovanın evindədir və heç bir şikayəti yoxdur.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS