SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rafael Dadaşovun səhhəti ağırlaşıb.

BAKU.WS lent.az-a istinadən xəbər verir ki, 73 yaşlı xalq artistinin qızı müğənni Səidə Dadaşova məlumat verib.

Onun sözlərinə görə, atasının vəziyyəti yaxşı deyil:
“Atamın vəziyyəti heç də yaxşı deyil. Hazırda Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsindədir. Dəqiq hansı xəstəlikdən əziyyət çəkdiyini bilmirik. Gah dedilər, problem ürəyində, gah da ağ ciyərindədir. Həkim nəzarətindədir, amma səhhəti ağırdır”.

BAKU.WS