SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Nyu Yorkda yaşayan 19 yaşlı qız özündən yaşlı kişiləri tovlayaraq qarət edirmiş.

BAKU.WS
-in məlumatına görə, o hər dəfə gözəlliyindən və seksual görünüşündən istifadə edərək kişiləri başdan çıxarmağı bacarıb.

Aleksandra Martinez adlı qızın hədəfi əsasən varlı kişilər olub. Hər gecə bəzənən Aleksandra elit barların birinə gedirmiş. Orada zəngin yaşlı kişi taparaq onunla tanış olub, özünü sevdirməyi bacarır. Daha sonra seks xidməti təklif edib. Razılaşma əsasında ya evə, yaxud da otelə gedirmiş. Adəti üzrə orada yaşlı kişinin içkisinə dərman töküb onu yatırdırmış. Daha sonra kişinin bahalı əşyalarını və pulunu götürüb qaçırmış.

 

 

Aleksandra Martinez bu minvalla 31 ədəd bahalı saat, 100-ə yaxın iPhone, qızıl və ziynət əşyaları, eləcə də 60 min dollara yaxın pul oğurlayıb.

 

 

 

Sonuncu dəfə isə oğurluğa cəhd edərkən polisə yaxalanıb. Məhkəməyə qədər polis onu 50 min dollar müqabilində zaminə buraxıb. Hazırda kişilərin ağlını başdan alaraq onları talan edən 19 yaşlı gözəlçə məhkəmənin qərarını gözləyir.

Ziya Babayev

 

BAKU.WS