SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Ələt-Astara yolunda yol polisi maşını hərəkətdə olarkən qeyri-müəyyən hərəkətlər edir.

Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Vurğulanıb ki, səhər saatlarında 99 YP 943 nömrə nişanlı avtomobil Masallı postuna yaxın ərazidə hərəkətdə olub. Yol polisi maşını sarı xəttin üstündən sürüb, digər xətləri keçib. Bununla da, yol polisi digər hərəkət iştirakçılarına mane olur.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, hadisə ilə bağlı araşdırma aparılacaq.

“Bu video görüntülərə baxış keçiriləcək. Qeydə alınan faktla bağlı araşdırma aparılacaq. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”.

Ziya SƏCCAD
BAKU.WS
VİDEO