SİZİN REKLAM BURADA!
055 213 76 73


Xızıda turistlər qəzaya düşüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə ötən gün rayon ərazisində qeydə alınıb.

Rayona yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklə üzləşib.Belə ki, “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib.

Nəticədə, nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar.

Hadisə ilə bağlı məlumat alan Xızı rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə kömək edib.

Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Hadisə zamanı ciddi xəsarət alan olmayıb.

BAKU.WS
QALEREYA