VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS
-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində "aeroport yolu" deyilən ərazidə qeydə alınıb.

Hadisə zamanı Rusiya dövlət nömrə nişanlı "Mazda" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Qurbanov Sənan Səyyad oğlu hadisə yerində keçinib.

Qəza zamanı 1993-cü il təvəllüdlü Əliyev Fərid Rasim oğlu və daha iki nəfər ağır xəsarət alıb.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Digər yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

İlkin məlumata görə, qəzaya avtomobilin yüksək surətlə idarə olunması səbəb olub.

***16:57
Gəncədə ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata əsasən hadisə Bakı-Qazax magistral avtomobil yolunun Gəncə şəhərindən keçən hissəsində "aeroport yolu" deyilən ərazidə qeydə alınıb.

İlkin məlumata görə qəzada bir nəfər ölüb, çox sayda yaralı var.
BAKU.WS
VİDEO

QALEREYA