VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Koreya Xalq Demokratik Respublikası (KXDR) Milli Kosmik İdarəsi "Kvanmönson-4” süni peykinin buraxılışının uğurla həyata keçdiyini açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, bunun Şimali Koreyada elm və texnologiyanın inkişafı nəticəsində mümkün olduğu bildirilir.
 
BMT-nin Təhlükəsizlik Şurası Şimali Koreyanın bu addımını pisləyib və cavab tədbirlərinin nəzərdə tutulduğu qətnamə hazırlamağa başlayıb. ABŞ, Koreya Respublikası və Yaponiya isə Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. İclasın bu gün keçirilməsi nəzərdə tutulur.

BMT-nin baş katibi Pan Gi Mun KXDR təxribatçı əməlləri dayandırmağa və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərinə əmək etməyə çağırıb. O bildirib ki, ballistik raket buraxılışının həyata keçirilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulması deməkdir.

BAKU.WS