Bu gün Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yanğın baş verib. BAKU.WS FHN-ə istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.