SİZİN REKLAM BURADA!
055 213 76 73


Qala-Pirallahı yolunda (Zirə Bolmarketin yanı) avtoqəza baş verib.

Səhiyyə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb.

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur.

BAKU.WS