055 213 76 73
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən məlumata görə, sorğu-sual zamanıvətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.
Daha sonra avtomobilə "Cesi" ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticəsində minik maşınının yük yerindəki sellofan torbaların və salonunda - arxa oturacağın qol söykənəcək yerin içərilərində gömrük nəzarətindən gizlədilən 3600 ədəd "King" markalı siqaret və hər biri 1 litr olmaqla 19 ədəd "Hlibny Dar" markalı spirtli içkilər aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS