SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Stavropol diyarında sərnişin avtobusu ilə yük maşını arasında toqquşma qeydə alınıb.

BAKU.WS 
"RİA Novosti"yə istinadən xəbər verir ki, qəza zamanı 5 sərnişin həlak olub, 19 nəfər yaralanıb.

Yerli polis qəzanın baş verməsinə ilkin səbəb kimi yük maşınının sürücüsünün yuxulamasını göstərib.

Hadisə cümə günü yerli vaxtla 02.30 radələrində Həştərxan-Elista-Stavropol yolunun 420-ci kilometrində baş verib.

BAKU.WS
VİDEO