SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda Çin vətəndaşına qarşı avtobusda cibgirlik edən şəxs danışıb.

BAKU.WS 
xəbər verir ki, o törətdiyi əməli etiraf edib.

Qeyd edək ki, zərərçəkmiş qadın Yasamal Rayon 28-ci Polis Bölməsinə məlumat verərək, avtobusda olan zaman naməlum şəxsin onun içərisində 200 manat, sənədlər və şəxsi əşyaları olan pul kisəsini oğurladığını bildirib.

Bölmə əməkdaşlarınını keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Xalid Şəmşiyev saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl başqa cinayət törətdiyi də məlum olub. O, ifadəsində Yasamal rayonunda bir avtomobildən də oğurluq etdiyini etraf edib.

Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamalı Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
BAKU.WS
VİDEO