“Bu gün “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) transformatorunda nasazlıq yaranıb və dərhal aradan qaldırılıb”.

BAKU.WS xəbər verir ki, bunu “report”a “Azərenerji” ASC-nin media mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, respublikanın elektrik enerjisi təchizatında heç bir problem yaranmayıb.

Qeyd edək ki, bu gün Mingəçevir Su Elektrik Stansiyasında tüstülənmə baş verib. Daha ətraflı bu linkdən oxuya bilərsi - https://baku.ws/hot_news/65110
BAKU.WS