Bakı şəhəri, Balaxanı-Binəqədi yolunda qaydaları pozaraq digər sürücülərə təhlükə yaradan yol polisi vətəndaşlardan biri tərəfindən kameraya çəkilib.

BAKU.WS "Report"a istinadla xəbər verir ki, 99 YP 746 dövlət nömrə nişanlı patrul avtomobildə xidmət aparan əməkdaş 1.1 xəttinin tələbini pozaraq əks yola çıxır və qadağan olunmuş yerdə ötmə edir.

Bu zaman qarşıdan gələn yük maşını, həmçinin digər avtomobillər üçün təhlükə yaradır.

Ekspertlər deyir ki, yol polisinin bəzi hallarda qaydaları pozmasına icazə verilir, amma sayrışan işıqları və səs siqnalı işlək vəziyyətdə olan zaman üstünlüyə malikdir. Videoda qayda pozan Yol Patrul Xidməti (YPX) avtomobilinin sayrışan işıqları və səs siqnalı isə yanmır.

BAKU.WS


VİDEO