SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Eskişehir şəhərində Azərbaycan vətəndaşı Elşən İbrahimov pul dolu torbanı səhvən zibilliyə atıb.

BAKU.WS 
Türkiyə mediasına istinadən xəbər verir ki, Yenibağlar məhəlləsində yaşayan Elşən böyük qardaşı Vüqar İbrahimovun içində 7 min 401 dollar, 1 800 avro və 10 AZN olan torbanı yanlışlıqla zibilliyə atıb.

Zibillər bələdiyyə işçiləri tərəfindən toplanaraq aparılıb. Qısa müddətdən sonra pulları zibilliyə atdığını anlayan E.İbrahimov təcili şəkildə jandarmaya qaçıb.

Bələdiyyənin təmizlik işçiləri zibillikdən tapılan pul dolu torbanı sahibinə təslim edib.

Aysel
BAKU.WS