SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda qəzaya düşən avtobus müntəzəm sərnişindaşıma fəaliyyəti göstərməyib.

Bunu BAKU.WS-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyib.

Qurum sözçüsü bildirib ki, avtobus tikintidə işləyən şəxsləri daşıyırmış:
"20-EA-747 dövlət nömrə nişanlı mikroavtobus fərdi şəkildə hansısa şirkətlə müqavilə əsasında fəaliyyət göstəri. O, yaxınlıqdakı tikinti sahəsində çalışan şəxsləri daşıyarkən minik avtomobili ilə toqquşub. Ölən şəxslər isə minik avtomobilinin sərnişinləri olub".

Xatırladaq ki, bu gün Şəmkir rayonunda marşrut avtobusu "VAZ 2107" markalı avtomobillə toqquşaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
BAKU.WS
VİDEO