Bu gecə Türkiyədə dəhşətli cinayət baş verib.


BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursada qeydə alınıb.

Axşam saatlarında qəzəbli ata qızını qanına qəltan edib. Belə ki, 65 yaşlı Mehmet Adnan Soyudemir axşam saatlarında evə gedib. O, evdə qızı 32 yaşlı Ayşe Yasemin Soyudemirlə mübahisəyə başlayıb. Mübahisə əsnasında o, qızını 4 yerindən bıçaqlayıb.


Qonşuları səs-key eşitdikləri üçün polisə xəbər veriblər. Polis gələndə qız qan içində qıvrılırmış. Dərhal əraziyə təcili yardım çağırılıb. Qadın xəstəxanaya aparılıb. Polis qəzəbli atanı tutub.


İddiaya görə, ata qızını əxlaqsızlıqda günahlandırıb və ona görə bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.

Cavid Babayev
BAKU.WS