055 213 76 73
Ağcabədi rayonunda zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə məlumat verilib.
İlkin məlumatlara əsasən, təbiət hadisəsi yerli vaxtla saat 00:41:36-da Ağdam stansiyasından 14 km şimal-şərqdə Ağcabədi ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3, dərinliyi 24 km olan zəlzələ hiss edilməyib.
BAKU.WS