SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda həyat yoldaşı Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

BAKU.WS "publika.az"a istinadən xəbər verir ki, "Buta Palace”nin art-direktoru olan həyat yoldaşı tərəfindən Rəşid Behbudov küçəsindəki binanın 5-ci mərtəbəsindən atılaraq öldürülən Adelya 2013-cu ildən "Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva Publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkarı olub:

"O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülərüz və pozitiv insan idi, kollektivimiz bu xəbərdən çox sarsıldı, Allah rəhmət eləsin”.

Bildirilir ki, A.Taxveli həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin üzvü olub, o 3 gün əvvəl həmin komitənin iclasında da iştirak edib.

Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barəsində qeydlər edirmiş və şeirlər yazırmış.

Onlar müxtəlif tədbirlərdə də birgə iştirak edib və bəzi mərasimləri təşkil ediblər.

Qeyd edək ki, ötən gün baş verən dəhşətli cinayətlə bağlı ilk olaraq BAKU.WS saytı məlumat yayıb. Bu barədə ilk xəbəri Bakıda ŞOK - “Buta Palace”-ın art direktoru arvadını 5-ci mərtəbədən atdı (VİDEO) və ikinci xəbəri "Arvadını 5-ci mərtəbədən atan “Buta Palace”-ın art direktoru hansı məşhurun qohumudur? – VİDEO" adlı xəbərlərdən oxuya bilərsiz.

Adelyanın yazdığı şeirlərdən birini təqdim edirik.

Я тебя буду ждать...
Аделя Тахвели
Не дано мне тебя разлюбить,
Жарким лето иль февральской порою,
Не дано мне тебя позабыть,
И смириться навеки с судьбою.

Как хочу я тебя повидать,
На минуту хоть встретиться взглядом,
И тогда чтоб смогла ты понять,
Как де сильно мечтаю быть рядом.

Звездной ночью шепчу твое имя,
Не забыть мне родные черты,
И года пролетают все мимо,
Когда же рядом окажешься ты?

Я тебя буду ждать, ты же знаешь,
Верю я что вернешься ко мне,
И как прежде, меня ты спасаешь,
И как прежде все будто во сне.
 
BAKU.WS