055 213 76 73
Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada məktəbdə baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.
BAKU.WS-in FHN-nin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Amsarqışlaq kəndində kənd orta məktəbində yanğın olması barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.
BAKU.WS