SİZİN REKLAM BURADA!
055 213 76 73



Bəsləyib qurutduğu marixuananı gəmiricilərdən belə qoruyanın “narkotiki dadmaq arzusu” ürəyində qaldı.

ARB TV xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin qərb regional şöbəsinin əməliyyatçıları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Şəmkir sakini 43 yaşlı Mehman Heydərovu saxlayıblar.

Onun Şəmkirin Çənlibel kəndində yaşadığı evdən kibrit qutularına qablaşdırılan marixuana aşkarlanıb, eləcə də 2 ədəd aqrotexniki qaydada becərilən narkotik tərkibli bitki müəyyən edilib. Mehman Heydərov uzun illərdir narkotik istifadəçisi olduğunu və həmin marixuananı şəxsi istifadəsi üçün becərdiyini deyib. Saxlanılmasına da xüsusi diqqət yetirib.

Mehman Heydərov – Saxlanılan şəxs: “Keçən il 2 ədəd öz istifadəm üçün çətənə kolu əkmişdim. Gətirib qurutdum. Onun yarısını istifadə etmişdim, qalanını da kibrit qutularına yığmışdım ki, siçan yeməsin. Bu il də 2 dənə sərmişdim. Yaş-yaş gətirdim ki, sərim, qurusun. Polislər gəldi, baxış keçirdi, aşkar elədilər”.

Şəmkirin Çənlibel kəndində xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxaran hüquq-mühafizə orqanlarının əməkdaşları şərti alıcıya heroin satmaq istəyən Gəncə sakinini də saxlayıb.

BAKU.WS