Bu gün Sumqayıt şəhərində zibil maşını yanıb.

Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilir ki, zibil daşıyan maşın qəfil od tutub və yanmağa başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Ziya SƏCCAD
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ