SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Xətai rayonunda yeni tikilməkdə olan bina çöküb.

BAKU.WS
xəbər verir ki, Əhmədli metrostansiya, “Bravo” supermarket yaxınlığında yeni tikilməkdə olan yarımtikili uçub.


Bu hadisənin görüntüləri yayılıb. Bildirilir ki, hadisə günorta saatlarında qeydə alınıb.


Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyilə əlaqə saxladıq. Nazirliyin “112” saylı “qaynar xətti”ndən bildirdilər ki, bu barədə məlumatları yoxdur. Hadisə barədə məlumat alan xidmətdən məsələ barədə maraqlanacaqlarını bildirdilər.


Ziya SƏCCAD
BAKU.WS