Türkiyənin İstanbul şəhərində dəhşətli cinayət kameraya düşüb.

BAKU.WS-in məlumatına görə, hadisə Çengelköy rayonunda qeydə alınıb. Polis və hərbçi arasında silahlı insident baş verib.

Türkiyə mətbuatının yazdığına görə, hərbçi və polis arasında dava ikincinin həyat yoldaşına görə baş verib. Belə ki, polis hərbçi ilə birlikdə həbsxanada işləyən həyat yoldaşına görə silaha əl atıb.

Həyat yoldaşının hərbçi ilə münasibəti olduğunu düşünən polis işçisi qısqanclıq zəminində hərbçini öldürməyə cəhd edib. Ancaq buna müvəffəq olmayıb. Atışma nəticəsində ağır yaralanan polis işçisi xəstəxanaya çatdırıla bilməyib və dünyasını dəyişib. 

Hadisə anı mühafizə kamerası tərəfindən qeydə alınıb.

Abbas
BAKU.WS