SİZİN REKLAM BURADA!
055 213 76 73



Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd “iPhone X" markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS