SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda 30 may tarixində övladını məktəbdən gətirməyə gedən qadını avtomobilin vurduğu an kameraya tuş gəlib.

BAKU.WS-in məlumatına görə, hadisə M.F.Axundov küçəsində, 5 nömrəli orta məktəbin yaxınlığında qeydə alınıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, rayon sakini, 28 yaşlı Aqil Hüseynov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə ötmə əməliyyatını yerinə yetirməyə çalışarkən qarşı yolda idarəetməni itirib. Sürücü maşını əvvəlcə maneəyə vurub. Sonra isə piyada, 37 yaşlı Esmira Əliyevanı vuraraq avtomobili aşırıb.

Müxtəlif dərəcəli bədən xəsarət alan qadın ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS