SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə kişi həbsdə olan qardaşının arvadını zorlayıb.

BAKU.WS
"Milliyyet"ə istinadən xəbər verir ki, hadisə Adanada baş verib.

Zorlanan 27 yaşlı Diler D.-nin 3 övladı var. Həyat yoldaşı oğurluq hadisəsinə görə məhkum olunub. Qadın azyaşlı uşaqları ilə birlikdə yaşayır. O, axşam saatlarında evdə uşaqları ilə birlikdə olarkən qaynı 30 yaşlı Yürek D. qonaq gəlib. Kişi qardaşı arvadı ilə cinsi əlaqəyə girmək istəyib. Qadın razı olmadıqda onu zorlayıb. Hadisə uşaqların gözü qarşısında baş verib.

Hadisədən sonra Yürek D. qaçaraq gizlənib. Lakin polis onu saxlayıb. Məhkəmənin qərarı ilə ona 34 il həbs cəzası verilib.

Cavid Babayev
BAKU.WS