SİZİN REKLAM BURADA!
055 213 76 73



Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində “VAZ” və “Mercedes” markalı iki minik avtomobilin toqquşması barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış 2 nəfəri deformasiyaya uğramış avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Goranboy rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adı məlum olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə zamanı 1981-ci il təvəllüdlü Ulduz Eldar qızı Əmrahova, 1987-ci il təvllüdlü Xalidə Qiyas qızı Dəmirova, 1988-ci il təvəllüdlü Bikəxanım Cəmşid qızı Rüstəmova ağır bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə nəticəsində iki nəfər - Cəmilə Əsgər qız Məmmədova xəstəxanaya çatdırıldıqdan sonra, Sahib Məmmədov isə xəstəxanaya aparılarkən yolda ölüb.

BAKU.WS