Cəlilabad rayonunda 25 yaşlı gənc döyülüb. Hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Emin Əjdər oğlu Əmirov döyülüb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı tanıdığı şəxslər tərəfindən döyüldüyünü açıqlayıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

BAKU.WS