SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda avtomobil qaçıran dəstənin daha iki üzvü müəyyən edilib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən nəqliyyat vasitəsi qaçırdığına görə tutulan Azər Salayevlə bağlı aparılan əməliyyat tədbirləri ilə onun digər cinayətlərinin də üstü açılıb.

Belə ki, onun 2016-cı ilin oktyabrın 12-də və 24-də daha iki “VAZ-2104” markalı avtomobilləri qaçırması və həmin qanunsuz əməli 2 nəfərlə birgə törətməsi də müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhər sakinləri Nicat Ağabəyov və Elşən Babayev müəyyən edilərək saxlanılıblar.

BAKU.WS