SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün axşam saatalrında Kürdəmir rayonunda “pambıqçıları” sahədən gətirən, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili yardım avtomaşını Karrar və Ərşəli kəndləri arasındakı yolda aşıb.

BAKU.WS Virtualaz.org saytına istinadən xəbər verir ki, Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində avtomaşında olan 10 nəfər qadın müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların hamısının pambıqdan qayıdan texniki tibb işçiləri olduğu deyilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BAKU.WS