SİZİN REKLAM BURADA!
055 213 76 73



Kürdəmir rayonunda yetkinlik yaşına çatmayan şəxs özünü güllələyib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb.

BAKU.WS