SİZİN REKLAM BURADA!
055 213 76 73



“BakuBus” MMC-yə məxsus "99JX-266" dövlət qeydiyyat nişanlı avtobus sürücüsünun 27.10.2017-ci il tarixdə saat 18:25 radələrinə Binəqədi rayon Rəşid İsmayılov küçəsində yol verdiyi qayda pozuntusu ilə bağlı araşdırmanın nəticəsi olaraq, sürücü Kərimov Kamran Ağakərim oğlu tutduğu vəzifədən azad olunub.

Bunu Baku Bus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev BAKU.WS-in sorğusuna cavabında bildirib. Onun sözlərinə görə, ümumiyyətlə gün ərzində şirkətin qaynar xəttinə sərnişinlərimiz tərəfindən sürücülərlə bağlı daxil olan bütün şikayətlər araşdırılır və xidməti fəaliyyətində nöqsan aşkarlanan sürücü ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülür.

"Fürsətdən istifadə edərək, bir daha sərnişinlərimizdən və digər yol hərəkəti iştirakçılarından xahiş edirik ki, “BakuBus” avtobusunu idarə edən sürücülərin yol verdiyi hər hansı qayda pozuntusunu müşahidə etdikdə dərhal avtobusların salonunda və arxasında quraşdırılmış lövhələrdəki telefon nömrəsinə, yaxud *4242 qaynar xəttinə müraciət etsinlər".

Şahin
BAKU.WS