SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda fəhlə 20-25 metr hündürlükdən yıxılıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, 1966-cı il təvəllüdlü Cəfərov Vahid Mahmudağa oğlu Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsi 94 ünvanındakı binanın fasadını rəngləyərkən hündürlükdən yıxılıb.

51 yaşlı kişi binanın 7-ci mərtəbəsində, təxminən 20-25 metr hündürlükdə olarkən, ayağının altındakı döşəmə sürüşüb. O, hündürlükdən yerə yıxılıb və ağır vəziyyətdə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

V.Cəfərovun hazırda koma vəziyyətində olduğu bildirilir.

BAKU.WS