SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Goranboy sakini Tovuzda alkoqoldan zəhərlənib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini 1984-cü il təvəllüdlü Quliyev Samir Süliddin oğlu Tovuz rayonunda keçirilən toy mərasimində iştirak edən zaman qəbul etdiyi spirtli içkidən zəhərlənib.

O, dərhal rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. S.Quliyevə tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.