SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, ilkin olaraq ölümə infarkt səbəb olub.
 
Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
 
İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub. 
 
BAKU.WS