SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mayın 5-də saat 23 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobilin iştirakı ilə baş verən qəza zamanı ölən şəxs məşhur həkimin oğludur. 

BAKU.WS Bakıpost.az-a istinadən xəbər verir ki, qəza nəticəsində ölən sürücü Zakir Qəhrəmanov "Nərgiz” klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğludur.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Zakir Qəhrəmanov idarə etdiyi "Porsche" markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov və sərnişinləri Nurlan Hüseynov, Azad Fətullayev xəstəxanaya yerləşdiriliblər.

Sürücü orada ölüb, digərlərinin vəziyyətləri orta-ağırdır.

Tovuz RPŞ tərəfindən araşdırma aparılır.
 
BAKU.WS