SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkədə intahar etdiyini yazan Şaiq İsgəndərovu xilas edən polis zabiti Ələsgər Hüseynov hadisənin detallarını danışıb.

BAKU.WS Xezerxeber.az-a istinadən məlumat verir ki, bir neçə gün əvvəl paytaxtın Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov sosial şəbəkədə status yazandan sonra özünə kəsici alətlə xəsarət yetirməyə başlayıb.

Bu zaman onu sosial şəbəkədə izləyənlərdən biri "102" xidmətinə zəng edib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürürən məlumat dərhal araşdırılıb.

Bölmə əməkdaşları yollanıblar deyilən ünvana. Ətrafda qırmızı qapılı mənzil olmadığından məlum olub ki, Şaiq İsgəndərov yaşadığı evin ünvanını bilərəkdən səhv deyib. Hadisənin baş verdiyi evi ilk olaraq tapan şəxs isə elə onunla telefon əlaqəsi quran polis baş leytenantı Ələsgər Hüseynov olub.

Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov da onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub.

Şaiq İsgəndərov, yalnış qərar verdiyini və sağ qaldığı üçün polis əməkdaşlarına minnətdarlığını bildirib.

Şaiq, Qarabağ müharibəsində şəhid olan qardaşının yoxluğuna dayana bilmədiyi üçün intahara cəhd etdiyini deyib.
 
BAKU.WS