SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda Ticarət Mərkəzində yerləşən məişət avadanlıqları satılan mağazada da oğurluq baş verib.

BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, hadisə anbaan kameralara düşüb.

Görüntülərdən aydın olur ki, obyektə daxil olan iki qadın əvvəlcə qablara alıcı kimi baxırlar. Daha sonra qadınlardan biri satıcının diqqətini yayındırır. Digəri isə qabları gizlincə çantasına qoyur.

Bununla kifayətlənməyən qadın özü ilə gətirdiyi sellofan torbanın içərisinə daha bir qab yerləşdirir. Sonra isə heç nə olmamış kimi dükanı tərk edirlər.

Artıq mağaza sahibi polisə müraciət edib.

Faktla əlaqədar araşdırmalara başlanılıb.
 
BAKU.WS