SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda lombarddan oğurluq edilib.
 
BAKU.WS ARB TV-yə istinadla xəbər verir ki, oğurluq anı anbaan təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Üzünü gizlədən oğru əvvəlcə dəmir parçası ilə kameranı qırmağa çalışsa da buna nail ola bilməyib. Daha sonra lombarddan 2 min manat pul və 4 min manat dəyərində qızıl-zinyət əşyaları oğrulanıb.
 
Zərər çəkmiş obyekt sahibi hadisədən səhər işə gələn zaman xəbər tutub. Dərhal rayon polis idarəsinə xəbər verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Aynur Ələkbərova
BAKU.WS