SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda ticarət mərkəzində silah satmaq istəyən şəxs tutulub.

Xezerxeber. az məlumat verir ki, daxil olan məlumat əsasında Qaradağ rayon 10-cu polis bölməsinin əməkdaşları Lökbətan qəsəbəsində ''Sədərək'' ticarət mərkəzində Masallı rayon sakini ''Qurd' ləqəbli Cavad Rəhimovu saxlayıb. Onun üzərinə baxış keçirilərkən ''TT'' markalı tapança aşkar edilib.

Bölmədə dindirmə zamanı Cavad Rəhimov həmin silahı bir neçə il əvvəl xarici ölkədən aldığını və satmaq niyyəti ilə paytaxta gətirdiyini deyib.

Əvvəlcədən məlumat daxil olduğundan onun odlu silahı satmaq niyyətini 10-cu polis bölməsinin əməliyyatçıları ürəyində qoyub. Tanışları arasında ''Qurd'' ləqəbi almasını isə Cavad Rəhimov belə izah edir.

İndi polis onun həmin silahla cinayət törədib -törətməməsini araşdırır.

Cavad Rəhimov barəsində bölmədə toplanmış material baxılması üçün Qaradağ rayon polis idarəsinə göndərilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS