Susuz qalan Bakıda içməli su küçəyə axıdılır - RƏSMİ AÇIQLAMA-VİDEO-YENİLƏNİB

Xətai ratonunda partlayan su borusunun təmir edilməməsinin səbəbi bilinib.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, buna səbəb borunun ağacın dibində yerləşməsidir:
"Xətai rayonu Kazımağa Kərimov küçəsində ağacın dibindən keçən su xəttində sızıntı baş verib. Borunu bərpa etmək üçün ərazi qazılmalıdır, lakin qazıntı zamanı ağacın aşma ehtimalı olduğundan müvafiq qaydalara uyğun olaraq əvvəlcə Bakı Şəhər İcra Hakimiyyəti və Xətai Rayon İcra Hakimiyyətinə icazə üçün müraciət ünvanlanıb. Qeyd olunan qurumlardan icazə daxil olan kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Xətai Rayon Sukanal İdarəsinin qəza briqadası axıntının qarşısını alaraq bərpa işlərini həyata keçirəcəklər".
***14:56
Paytaxtın 8 Noyabr prospektində içməli su küçəyə axır.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçi bildirib ki, hadisə Kazımağa Kərimov küçəsində qeydə alınıb:
"Bir həftədir küçədə boru partlayıb və su yola axır. Heç kəs də gəlib vəziyyəti aradan qaldırmır. Neçə gündür insanlar içməli su tapmırlar, belə bir vaxtda suyun küçəyə axaraq ziyan olması adama pis təsir edir".
Həmin görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
