SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi həbs edilib. 
 
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, baş həkim Hüseyn Həsənov yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi alıb. H.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə nazirinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
BAKU.WS APA TV-nin bununla bağlı istintaq materialları əsasında hazırladığı sujeti təqdim edir: